Sergey Şoyqu:
Siyasət
343
18:00, Bu gün

Sergey Şoyqu: "Zəngəzur dəhlizi təkcə mövcud olmaq hüququna malik deyil, o, həm də vacibdir"

"Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə Ermənistan ərazisindən birləşdirən yol mövcud olmaq hüququna malikdir, çünki kommunikasiyalar həmişə ticarəti və ölkələr arasında qarşılıqlı münasibətləri inkişaf etdirir".

Moderator.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB-dən olan həmkarları ilə görüşdən sonra bəyan edib.

"Zənnimcə, hər hansı yol həmişə yaxşı haldır, çünki o, qarşılıqlı münasibətləri, əmtəə dövriyyəsini inkişaf etdirir, insanlarla ünsiyyət qurmağa imkan verir. Bu yol (Zəngəzur dəhlizi (Tramp marşrutu - TRIPP) nəzərdə tutulur - red.), məncə, qırx kilometrdən bir qədər artıqdır və mən hesab edirəm ki, bu yol, sadəcə, mövcud olmaq hüququna malik deyil, o, Azərbaycana Naxçıvanla özünün digər rayonlarını birləşdirməsi, iki ölkə arasında yenə də ticarət üçün kommunikasiyaların yaradılması üçün lazımdır", - deyə Şoyqu vurğulayıb.

Onun sözlərinə görə, həmin yol Rusiyanın iştirak etdiyi logistika layihələrinə mane olmayacaq. Xüsusilə, söhbət Ermənistanın cənubundan uzaqda - Rusiya, Azərbaycan, Türkmənistan və Özbəkistandan keçən "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Marşrutundan gedəndə.

"Bu yol Qərbdən Şərqə gedir, o, bir az, bəlkə də, tamamilə kənardadır və onlar heç bir şəkildə kəsişmir ki, bir-birinə təsir göstərsin", - deyə RF Təhlükəsizlik Şurasının rəhbəri qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər