Ermənistan üçün Rusiya taxılı ilə yüklənmiş qatar Azərbaycandan Gürcüstana yola salınır - FOTO 
Siyasət
374
16:18, Bu gün

Ermənistan üçün Rusiya taxılı ilə yüklənmiş qatar Azərbaycandan Gürcüstana yola salınır - FOTO 

Ermənistan üçün Rusiya taxılı ilə yüklənmiş qatar Azərbaycandan Gürcüstana yola salınır.

Moderator.az APA-ya istinadən xəbər verir ki, Gürcüstana yola salınan qatar daha sonra Ermənistana gedəcək.

Qeyd edək ki, noyabrın 4-də saat 00:15-də Rusiya Federasiyasından Azərbaycan və Gürcüstandan tranzit keçməklə ümumi çəkisi 1048 ton 800 kq olan buğda yüklü 15 ədəd vaqon rəsmiləşdirilərək Ermənistanın Dalarik stansiyasına yola salınıb.

Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan Rusiya taxılını Azərbaycan üzərindən Ermənistana daşıyan qatarın tezliklə Ermənistana gələcəyini açıqlayıb.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etmişdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb.

 

Ermənistan üçün Rusiya taxılı ilə yüklənmiş qatar Azərbaycandan Gürcüstana yola salınır - FOTO  - VİDEO Ermənistan üçün Rusiya taxılı ilə yüklənmiş qatar Azərbaycandan Gürcüstana yola salınır - FOTO  - VİDEO Ermənistan üçün Rusiya taxılı ilə yüklənmiş qatar Azərbaycandan Gürcüstana yola salınır - FOTO  - VİDEO Ermənistan üçün Rusiya taxılı ilə yüklənmiş qatar Azərbaycandan Gürcüstana yola salınır - FOTO  - VİDEO

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər