Alen Simonyan:
Siyasət
1400
31 Oct 2025 | 22:00

Alen Simonyan: "Azərbaycan və Ermənistan nümayəndə heyətləri qarşılıqlı səfərlər edəcəklər"

"Azərbaycan nümayəndə heyətləri Ermənistana, Ermənistan nümayəndə heyətləri isə Azərbaycana səfərlər edəcəklər".

Moderator.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkə parlamentinin sədri Alen Simonyan bəyan edib.

Onun sözlərinə görə, tərəflər arasında müzakirəsi lazım olan hələ də çox ciddi problemlər qalır.

"Bununla belə, əlaqələr yenə də davam edəcək və biz bu əlaqələri dərinləşdirəcəyik. Biz dedikdə, mən Azərbaycan tərəfinin də bu siyasətə sadiq olduğunu nəzərdə tuturam", - deyə o bildirib.

Link kopyalandı!
Son xəbərlər