Bizi sosial şəbəkələrdən izləyin:                                        
                                     
                                    
                                 
                                
                                    Bu gün Bakıda ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə Belçikanın müstəmləkə keçmişinə və onun hazırkı fəsadlarına həsr olunmuş “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfrans keçirilir.
 
                                            
                                            
                                            
                                            
Moderator.az xəbər verir ki, tədbirdə Belçikanın keçmiş müstəmləkələri, Konqo Demokratik Respublikası, Ruanda və Burundidən nümayəndələr, diplomatlar və rəsmi şəxslər iştirak edir. Ümumilikdə konfransa 8 ölkədən beynəlxalq hüquq üzrə mütəxəssislər, tarixçilər, tədqiqatçılar, vətəndaş cəmiyyəti fəalları və reparasiya məsələləri üzrə ekspertlər qatılır.
 
Konfransda Belçikanın Afrika qitəsində, xüsusən Konqo, Ruanda və Burundidə yerli xalqlara qarşı həyata keçirdiyi müstəmləkə siyasəti, etnik ayrı-seçkilik, kütləvi qətllər və mədəni irsin talan edilməsi müzakirə olunacaq. Həmçinin Belçikanın keçmiş müstəmləkə ərazilərində neokolonial siyasətini davam etdirməsi, həmin ölkələrin təbii sərvətlərinin bu gün də istismar edilməsi və zərər çəkmiş xalqlara kompensasiya ödənilməsi məsələlərinin beynəlxalq gündəliyə çıxarılması ətrafında fikir mübadiləsi aparılacaq.
 
Qeyd edək ki, konfransdan bir gün əvvəl xarici qonaqlar Bakı Dövlət Universitetində müəllim və tələbələrlə görüşərək “Mərkəzi Afrikada Belçika müstəmləkəçiliyi və onun bu günə qədər davam edən ağır fəsadları” mövzusunda mühazirələr oxuyublar və fikir mübadiləsi aparıblar.