Ərdoğan Azərbaycana təşəkkür etdi - FOTO
Siyasət
340
30 Oct 2025 | 21:00

Ərdoğan Azərbaycana təşəkkür etdi - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin qurulmasının 102-ci ildönümü münasibətilə təbriklərinə görə Azərbaycan da daxil olmaqla, bir sıra qardaş, dost və müttəfiq ölkələrə təşəkkürünü bildirib.

Moderator.az xəbər verir ki, Türkiyə prezidenti müvafiq məlumatı "X" sosial şəbəkə hesabında paylaşıb.

"Kipr türk xalqına, dünyanın dörd bir yanındakı türk diasporu nümayəndələrinə, könül coğrafiyamızdakı qardaşlarımıza, bütün dost və müttəfiqlərimizə salamlarımı, sevgilərimi göndərirəm" , - deyə paylaşımda bildirilir.

O, paylaşımında təbriklərini göndərən ölkələrin və beynəlxalq təşkilatların bayraqlarını yerləşdirib.

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər