TİKA sədri Hikmət Hacıyevlə görüşüb
Siyasət
299
30 Oct 2025 | 20:40

TİKA sədri Hikmət Hacıyevlə görüşüb

Türkiyə İqtisadi İnkişaf Agentliyinin (TİKA) sədri Abdullah Eren Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Moderator.az xəbər verir ki, bu barədə TİKA sədri paylaşım edib.

Onun sözlərinə görə, görüşdə qurumun Azərbaycandakı fəaliyyəti ilə bağlı hərtərəfli məsləhətləşmələr aparıldı:

"Qardaşlığımızın ən gözəl təzahürlərindən biri olan bu səylər ortaq tariximizin, mədəniyyətimizin, ruh birliyinin təzühürüdür. Qarşıdakı dövrdə də eyni əzmlə layihələri davam etdirəcək, əlaqələrimizi daha da gücləndirəcəyik".

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər