Ceyhun Bayramov Səmərqənddə Şövkət Mirziyoyevlə görüşüb
Siyasət
588
30 Oct 2025 | 17:25

Ceyhun Bayramov Səmərqənddə Şövkət Mirziyoyevlə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Prezidenti Şövkət Mirziyoyev ilə görüşüb.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan XİN "X"-də paylaşım edib.

Görüş Səmərqənddə keçirilən UNESCO Baş Konfransının 43-cü sessiyası çərçivəsində baş tutub.

Ceyhun Bayramov Özbəkistanı bu mötəbər qlobal toplantının uğurlu ev sahibliyi və əla təşkilatçılığı münasibətilə səmimi qəlbdən təbrik edib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər