Saqr Qobaş:
Siyasət
421
17:20, Bu gün

Saqr Qobaş: "Azərbaycanla BƏƏ arasında mədəni-humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi vacibdir"

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında mədəni-humanitar sahələrdə də əməkdaşlığın dərinləşdirilməsi vacibdir.

Moderator.az xəbər verir ki, bunu BƏƏ Federal Milli Şurasının sədri Saqr Qobaş Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə deyib.

O, yüksək səviyyəli siyasi-iqtisadi əlaqələri müsbət qiymətləndirib.

S.Qobaş ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb, dövlət başçıları arasında qarşılıqlı hörmət, etimad və səmimi dostluq prinsiplərinə əsaslanan münasibətlərin ölkələr və xalqlar arasında əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini bildirib.

Sahibə Qafarova cari ilin may ayında Birləşmiş Ərəb Əmirliklərinə etdiyi rəsmi səfəri məmnunluqla xatırlayaraq, səfər zamanı keçirilən görüşlərin, aparılan danışıqların və parlamentlər arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyətini vurğulayıb.

Görüşdə dövlətlərarası münasibətlərin dinamik və hərtərəfli inkişafından məmnunluq ifadə olunaraq, vurğulanıb ki, tarixi, dini və mədəni köklərlə bir-birinə bağlı olan iki ölkə arasında əlaqələr yüksək səviyyədədir.

Fəal siyasi dialoqun rolu xüsusi vurğulanaraq, ali və yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfər və görüşlərin, imzalanan sənədlərin bu prosesdə mühüm əhəmiyyət daşıdığı bildirilib.

Qeyd olunub ki, ölkə liderlərinin birgə səyləri nəticəsində iki ölkə arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Eyni zamanda bir çox sahələrlə yanaşı, bərpa olunan enerji sahəsində həyata keçirilən birgə iri layihələrin əməkdaşlığın müxtəlif istiqamətlərinin genişlənməsində mühüm rol oynadığı vurğulanıb.

Söhbət zamanı parlamentlərarası əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Qanunverici orqanlar arasında imzalanmış əməkdaşlığa dair Anlaşma Memorandumuna əsaslanaraq əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri nəzərdən keçirilib.

Link kopyalandı!
Son xəbərlər