Bakıda Türkiyə Cümhuriyyətinin 102-ci ildönümünə dair tədbirdən görüntülər - VİDEO
Siyasət
320
16:40, Bu gün

Bakıda Türkiyə Cümhuriyyətinin 102-ci ildönümünə dair tədbirdən görüntülər - VİDEO

Türkiyə Cümhuriyyətinin 102-ci ildönümü münasibətilə Bakının memarlıq abidələri qırmızı və ağ rənglərlə bəzədilib və Gülüstan sarayında tədbir təşkil edilib.

Moderator.az xəbər verir ki, bununla bağlı "Haber Global" süjet hazırlayıb.

29 oktyabr Türkiyə Cümhuriyyət Günü münasibətilə vizual şou təşkil edilib. Gecə boyunca Türkiyə bayrağının aypara və ulduz silueti Heydər Əliyev Mərkəzinin ön fasadında və Olimpiya Stadionunun LED işıqlandırmasına əks etdirilib. Bundan əlavə, Gülüstan sarayında ildönümə həsr olunmuş tədbir təşkil edilib.

Türkiyənin Bakıdakı səfiri Birol Akgünün ev sahibliyi etdiyi tədbirdə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Dünya Etnoidman Birliyinin prezidenti Bilal Ərdoğan, siyasətçilər, hərbi rəsmilər və çoxsaylı qonaqlar iştirak ediblər.

Daha ətraflı videoda:

 

Link kopyalandı!
Son xəbərlər