Bizi sosial şəbəkələrdən izləyin:
"Bəzən məsul vəzifələrin həvalə edildiyi bəzi qədirbilməz məmurların xəstə ambisiyalarla idarə olunaraq deqradasiyaya uğradığı və qəbuledilməz hərəkətlər və hətta xəyanət yoluna düşdüyü halları ilə qarşılaşırıq”.
Moderator.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtın təsərrüfat subyektlərinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə deyib.
“Qoy hamı xatırlasın ki, Azərbaycan Prezidentinin siyasəti sayəsində dövlət vahid bir qurumdur, o cümlədən praktikada gördüyümüz kimi özünü səhlənkar məmurlardan təmizləməyə qadirdir. Bütün məmurlar unutmamalıdırlar ki, onların işini qiymətləndirmək üçün əsas meyar məsuliyyət və sədaqətdir” - Eldar Əzizov əlavə edib.
Merin sözlərinə görə, hər bir dövlət məmuru cəmiyyət qarşısında məsuliyyətini xatırlamalı və vətəndaşların maraqları naminə çalışmalı, təvazökarlıq, dürüstlük və peşəsinə sədaqət nümayiş etdirməlidir.