ABŞ Azərbaycandan Qəzzada missiyaya qoşulmağı xahiş etdi
Siyasət
959
30 Oct 2025 | 13:48

ABŞ Azərbaycandan Qəzzada missiyaya qoşulmağı xahiş etdi

ABŞ Azərbaycana müraciət edərək, Qəzza zolağında təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq missiyaya qoşulmasını xahiş edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "AnewZ" öz mənbələrə istinadla məlumat yayıb.
 
Məlumata görə, rəsmi Bakı hələ yekun qərar qəbul etməyib: "Bakı hələ yekun qərar qəbul etməyib, məsələyə baxılır".
 
Mənbə vurğulayıb ki, Azərbaycanın mövqeyi qətidir: hər hansı bir iştirak beynəlxalq legitimliyi təmin edən və aydın mandatı müəyyən edən BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əsaslanmalıdır.
 
Telekanal xatırladıb ki, bu missiya BMT-nin klassik sülhməramlı əməliyyatı deyil.
 
Həmçinin qeyd olunub ki, ərəb ölkələrindən olan tərəfdaşlar Azərbaycanın İslam dünyası ilə uzunmüddətli əlaqələr və Fələstinlə əməkdaşlığa əsaslanan balanslı mövqeyini vurğulayıblar.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər