Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistanın baş naziri Nikol Paşinyan Paris Sülh Forumunda Azərbaycanla Ermənistan arasında sülhün artıq reallığa çevrildiyini bəyan edərək, bunu bütün region üçün tarixi bir dəyişiklik adlandırıb.
Moderator.az xəbər verir ki, o, Ermənistan vətəndaşlarının hökumətin sülh prosesini gücləndirməyə yönəlmiş addımlarını dəstəkləməli olduqlarını vurğulayıb.
Paşinyan TRIPP layihəsindən danışarkən onun hər iki ölkə üçün əhəmiyyətini qeyd edib və bölgədə kommunikasiya şəbəkələrinin inkişafının Azərbaycan və Ermənistanın bir-birinin ərazisindən daxili və beynəlxalq tranzit üçün istifadə etməsinə imkan yaradacağını vurğulayıb.
Onun sözlərinə görə, bu, Fars və Oman körfəzləri, Qara, Xəzər və Aralıq dənizləri arasında yeni marşrutların açılmasını təmin edəcək və Ermənistan üçün yeni imkanlar yaradacaq.