Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri ilə görüşüb - YENİLƏNİB
Siyasət
908
10:08, Bu gün

Ceyhun Bayramov Özbəkistanın xarici işlər naziri ilə görüşüb - YENİLƏNİB

30 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səmərqəndə işgüzar səfəri çərçivəsində Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.
 
Nazir Ceyhun Bayramov ilk dəfə olaraq Özbəkistanın YUNESKO-nun baş konfransına ev sahibliyi münasibətilə təbriklərini çatdırıb.
 
Görüş zamanı, strateji müttəfiqlik səviyyəsindəki Azərbaycan-Özbəkistan əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə edilib, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində birgə səylər müzakirə olunub.
 
İqtisadiyyat, ticarət, investisiyalar, nəqliyyat, energetika, mədəniyyət və humanitar sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üzrə aparılan birgə fəaliyyətlər və layihələr nəzərdən keçirilib.
 
Görüşdə, beynəlxalq və regional təşkilatlar, BMT, Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, eləcə də regional platformalar çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
 
Görüş zamanı, həmçinin regional inkişaflar, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
09:00
 
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistana işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Baxtiyor Saidov ilə görüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, nazirlər ortaq tarix, mədəniyyət və qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığın gücləndirilməsi əzmində olduqlarını bir daha təsdiqləyiblər.
Onlar ticarət, enerji, nəqliyyat, təhsil və əlaqəlilik sahələrində əməkdaşlığın genişləndirilməsinin bölgələrdə sülhə və dayanıqlı inkişafa töhfə verəcəyini vurğulayıblar.
Link kopyalandı!
Son xəbərlər