Avropa İttifaqı (Aİ) Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir.
Moderator.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın İrəvanda keçirilən "Avronest" Parlament Assambleyasının 12-ci plenar sessiyasının iştirakçılarına ünvanladığı müraciətdə deyilir.
"Bizim Azərbaycan və Ermənistan üçün uğur hekayəmiz də var. Avqustun 8-də Vaşinqtonda atılan tarixi addım regionu sabitliyə və uzunmüddətli sülhə yaxınlaşdırdı. Biz Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesini dəstəkləyirik", - müraciətdə deyilir.
Həmçinin qeyd olunur ki, cari nizamlama prosesi misilsiz iqtisadi imkanlar vəd edir.
"Hazırkı mərhələdə nizamlama prosesi misilsiz iqtisadi imkanlar, sərhədlərin açılmasını və sərhədlərarası əlaqələrin yaradılmasını vəd edir. Bu, həm də insanlar arasında əlaqələri və etimadı dərinləşdirəcək", - Aİ-nin ali nümayəndəsi bildirib.