Ermənilər Zəngəzura görə İranın təklifindən imtina etdi
Siyasət
420
17:17, Bu gün

Ermənilər Zəngəzura görə İranın təklifindən imtina etdi

Azərbaycan Qazaxıstandan Ermənistana taxıl daşınması üçün nəqliyyat dəhlizi verdikdən sonra rəsmi İrəvan İranın dəhliz təklifini rədd edib.

Moderator.az Teleqram kanallarına istinadən xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan məsələyə münasibət bildirib.

“Uzun müddət danışıqlar aparırdıq ki, Qazaxıstandan buğda əldə etmək imkanı olsun. Amma İran dəhlizində nəqliyyat xərclərinin 280 dollar və daha çox olması kifayət qədər baha idi. Yeni dəhlizə görə qiymət xeyli ucuzlaşır”, – Papoyan vurğulayıb.

Ermənistan baş naziri onu da qeyd edib ki, Aktau-Ənzəli (İran) yolu çox uzaqdır:

"Əvvəlcə yüklərin dənizlə Ənzəliyə, sonra quru yolu ilə İran ərazisindən keçərək Mehriyə, oradan isə İrəvana çatdırılması təklif edildi. Təxminən bizim Sünik vilayəti kimi, İranın həmin hissəsi də dağlıq, mürəkkəb relyefə malikdir və əlaqə çətindir. Azərbaycanın ərazisi vasitəsilə isə dəmir yolu var və yol çox daha qısadır”.

Link kopyalandı!
Son xəbərlər