İran Rəşt-Astara dəmiryolu xəttinin marşrutunu dəyişdirdi
Siyasət
415
17:15, Bu gün

İran Rəşt-Astara dəmiryolu xəttinin marşrutunu dəyişdirdi

İran hakimiyyəti "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi (BND) layihəsi çərçivəsində İran ərazisindən kəsintisiz yük daşımalarının təmin edilməsi üçün tikilməsi planlaşdırılan Rəşt-Astara dəmiryolu xəttinin marşrutunu dəyişdirib. Dəyişikliklər 80 km-dən çox məsafəni, yəni perspektivli dəmir yolu xəttinin (uzunluğu 162.4 km) yarısından çoxunu əhatə edəcək.

Moderator.az-ın məlumatına görə, bu barədə RBK-ya 13-14 oktyabr tarixlərində Bakıda keçirilən Rusiya, İran və Azərbaycan dövlət nümayəndələrinin görüşünün nəticələri ilə tanış olan mənbə bildirib.

Rusiya Nəqliyyat Nazirliyi dəyişikliklərin olduğunu təsdiqləyib.

Bu zaman layihəyə ayrılan xərclər İranla olan sazişdə göstərilən layihənin maksimal dəyəri olan 1.6 milyard avrodan çox olmayacaq.

Qeyd edək ki, Rusiya və İran Rəşt-Astara xəttinin tikintisinin maliyyələşdirilməsi parametrləri üzrə 2023-cü ilin may ayında razılığa gəliblər. Hökumətlərarası sazişə əsasən, Rusiya bu tikinti üçün 1.3 milyard avro və ya dəyərin 81.25%-i həcmində dövlət krediti ayıracaq.

Link kopyalandı!
Son xəbərlər