19:09
17°C
Bakı
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana səfər edəcək, Zəfər paradında iştirak edəcək.
Moderator.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Pakistan İslam Respublikası Senatının sədri Yusuf Reza Gilani deyib.
Senat sədri bildirib ki, Pakistan 8 noyabrda keçiriləcək Zəfər paradında ən yüksək səviyyədə iştirak edəcək.
"Çünki Azərbaycanla münasibətlərimizin analoqu yoxdur", - o qeyd edib.