Bizi sosial şəbəkələrdən izləyin:
"44 günlük Qarabağ müharibəsində əldə edilən qələbə türk dünyasının zəfəri idi".
Moderator.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisi Bürosunun üzvü Hasan Turan Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunan "Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi" mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.
O, Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyi münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, TBMM-nin sədri Numan Kurtulmuşun salamlarını və təbriklərini çatdırıb:
"Azərbaycan bu zəfər üçün böyük yol qət edib. Hazırda sülh istiqamətində mühüm addımlar atılır. Bundan sonra da biz qardaş Azərbaycana verdiyimiz güclü dəstəyi davam etdirəcəyik. Bu gün iki dövlət bir millət anlayışı hər gün daha da dərinləşir. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində bu qardaşlığımız və türk dünyası bərabər qurulur".