Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türkiyəni Respublika Günü münasibətilə təbrik edib.
Moderator.az xəbər verir ki, bu barədə Rəşad Məmmədov "X" platformasında paylaşım edib.
"Qardaş Türkiyə Respublikasının qurulmasının 102-ci ildönümünü səmimiyyətlə qeyd edirik. Bu mənalı gündə Respublikanın qurucusu Qazi Mustafa Kamal Atatürk başda olmaqla, İstiqlal mübarizəsinin bütün qəhrəman şəhid və qazilərini dərin hörmət və minnətlə anır, qardaş Türkiyənin daim uğur və sabitlik içində irəliləməsini arzulayırıq", - paylaşımda qeyd olunub.