Bizi sosial şəbəkələrdən izləyin:
"Bu gün bütün Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasıdır".
Moderator.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə söyləyib.
Dövlətimizin başçısı qeyd edib:
"Artıq 50 mindən çox insan Qarabağda, Şərqi Zəngəzurda yaşayır, çalışır, təhsil alır. Onlardan təqribən 20 mini keçmiş köçkünlərdir ki, öz vətəninə, doğma torpağına qayıdıblar. Qalanlar isə müxtəlif işlərdə işləyən vətəndaşlardır".