13:20
22°C
Bakı
Azərbaycanın 13 ali təhsil müəssəsi Türk Dövlətləri Təşkilatının Türk Universitetləri Birliyinə (TÜRKÜNİB) üzv qəbul edilib.
Bu barədə Moderator.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycandan ADA, Mədəniyyət və İncəsənət, Neft və Sənaye, Pedaqoji, Texniki, Turizm və Menecment, Bakı Avrasiya, Odlar Yurdu, Qarabağ və Xəzər universitetləri təşkilatın sıralarına daxil olub.
Bundan başqa, Bakı Ali Neft Məktəbi, Lənkəran və Naxçıvan dövlət universitetləri də TÜRKÜNİB-ə üzv qəbul edilib.