Ermənistan Avropa İttifaqı ilə vizasız rejim üçün fəaliyyət planı imzalayacaq
Siyasət
454
17:08, Bu gün

Ermənistan Avropa İttifaqı ilə vizasız rejim üçün fəaliyyət planı imzalayacaq

Ermənistan və Avropa İttifaqı (Aİ) vizasız rejimin tətbiqinə yol açacaq fəaliyyət planı imzalamağa hazırlaşır.

Moderator.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, vizasız sazişə hazırlıq sürətli templə - bir çox digər ölkələrlə olduğundan daha tez irəliləyir.

"Biz artıq yekun mərhələdəyik. Tezliklə razılaşdırılmış fəaliyyət planı imzalayacağıq və onun həyata keçirilməsi Avropa İttifaqı ilə vizasız rejimin əldə olunması üçün əsas şərt olacaq", - nazir qeyd edib.

O, həmçinin bildirib ki, Ermənistan və Avropa Komissiyası 2017-ci ilin noyabrında imzalanmış sənədi əvəz etməli olan yeni Tərəfdaşlıq Sazişinin hazırlanmasını 99 % tamamlayıb.

A.Mirzoyanın sözlərinə görə, əvvəlki sazişin bir hissəsi artıq yerinə yetirilib, bir hissəsi isə aktuallığını itirib, buna görə də yaxın vaxtlarda yenilənmiş sənədin imzalanması planlaşdırılır.

Link kopyalandı!
Son xəbərlər