Mirzoyan:
Siyasət
311
16:00, Bu gün

Mirzoyan: "Ermənistan və Azərbaycan cəmiyyətləri arasında da barışığa böyük ehtiyac var"

"Ermənistan və Azərbaycan sülh bağlayıblar və hazırda münasibətlərin tam normallaşması üçün daha çox səy göstərirlər".

Moderator.az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Feminist Diplomatiyası üzrə 4-cü Nazirlər Konfransı çərçivəsində keçirilən panel müzakirəsi zamanı bildirib.

"Bəlkə də artıq hər kəs bilir ki, biz Azərbaycanla sülh bağlamışıq. Hazırda hər iki ölkə münasibətlərin tam normallaşdırılması üçün daha çox səy göstərirlər. Beləliklə, hökumətin rəsmi müqavilələrin imzalanması və xüsusi həllərin işlənib hazırlanması səylərinə paralel olaraq, cəmiyyətlər arasında da barışığa böyük ehtiyac var", - deyə Mirzoyan qeyd edib.

Link kopyalandı!
Son xəbərlər