Ekvador Azərbaycana yeni səfir təyin edib
Siyasət
350
17:20, Bu gün

Ekvador Azərbaycana yeni səfir təyin edib

Ekvador Azərbaycana iqamətgahı Ankarada olacaq yeni səfir təyin edib.

Moderator.az xəbər verir ki, bu barədə  Ekvadorun bu ölkədəki səfirliyindən bildirilib.

Oktyabrın 22-də Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Ekvadordan olan həmkarı Pedro Xose Vintimilla Veqanı ofisində qəbul edib.

Görüşdə iki ölkə arasında əlaqələr və əməkdaşlıq imkanları müzakirə olunub.

Qeyd edək ki, Ekvadorun Ankaradakı səfiri Azərbaycanda akkreditə olunub.

Azərbaycan Respublikası ilə Ekvador Respublikası arasında diplomatik münasibətlər 2004-cü il martın 22-də qurulub.

Link kopyalandı!
Son xəbərlər