NATO ölkələrinin səfirləri Azərbaycana səfər edəcək
Siyasət
587
11:16, Bu gün

NATO ölkələrinin səfirləri Azərbaycana səfər edəcək

NATO-ya üzv ölkələrin 15-nin səfirlərindən ibarət heyət Azərbaycana səfər edəcək.
 
Moderator.az xəbər verir ki, "Report"un diplomatik mənbədən əldə etdiyi məlumata görə, heyət Azərbaycanda noyabrın 6-7-də səfərdə olacaq.
 
Xatırladaq ki, sentyabrın əvvəlində NATO-da akkreditə olunmuş xarici ölkələrin səfirləri Ermənistanda səfərdə olublar. Bu səfər çərçivəsində onlar Ermənistan prezidenti, baş naziri və müdafiə naziri kimi rəsmilərlə görüşərək Ermənistan–NATO tərəfdaşlığı, regional təhlükəsizlik və demokratik dayanıqlılıq məsələlərini müzakirə ediblər.
 
Link kopyalandı!
Son xəbərlər