Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri İrəvanda görüşüb - FOTO
Siyasət
250
19:20, Bu gün

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri İrəvanda görüşüb - FOTO

İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib.

Moderator.az Ermənistan mediasına istinadən xəbər verir ki, dəyirmi masa Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın iştirakı ilə baş tutub.

Qriqoryan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində bu formatda görüşlərin keçirilməsini yüksək qiymətləndirib. O vurğulayıb ki, cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı yalnız sülhü möhkəmləndirəcək.

Vətəndaş cəmiyyətinin nümayəndələri də öz növbəsində tədbirin təşkilinə və müsbət atmosferin yaradılmasına görə Ermənistan tərəfinə təşəkkür ediblər.

İştirakçılar qarşılıqlı etimadın və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bu cür təşəbbüslərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşün ikinci hissəsində Qriqoryan sualları cavablandırıb.

Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri İrəvanda görüşüb - FOTO Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri İrəvanda görüşüb - FOTO

Link kopyalandı!
Son xəbərlər