Azərbaycanla Ukrayna minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirir
Siyasət
418
22 Oct 2025 | 19:15

Azərbaycanla Ukrayna minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirir

ANAMA ilə və Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti humanitar minalardan təmizləmə sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə anlaşma memorandumu imzalayıb.

Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev “X”də bildirib.

Onun sözlərinə görə, anlaşma memorandumu Tokioda UMAC-2025 konfransı zamanı imzalanıb.

"Azərbaycanlı tərəfdaşlarımıza dəstəyə görə minnətdarıq — birlikdə təhlükəsizlik və ədalətli sülh üçün!”, - diplomat qeyd edib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər