Gürcüstan mətbuatı İlham Əliyevin Qazaxıstana səfəri zamanı səsləndirdiyi fikirlərə geniş yer verib - FOTO
Siyasət
325
21 Oct 2025 | 21:15

Gürcüstan mətbuatı İlham Əliyevin Qazaxıstana səfəri zamanı səsləndirdiyi fikirlərə geniş yer verib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına dövlət səfəri və bu səfər çərçivəsində söylədiyi fikirlər Gürcüstan mətbuatının diqqət mərkəzində olub.

Moderator.az xəbər verir ki, "interpressnews.ge", "sputnik qruziya", "Palitranews.ge", "qafqazturk.com", "24 news.ge" informasiya portalları, eləcə də "1Tv.ge" televiziya kanalı Azərbaycan, rus və gürcü dillərində materiallar dərc ediblər.

Prezident İlham Əliyevin mətbuata bəyanatında söylədiyi fikirlərdən gətirilən sitatda deyilir: "Azərbaycan Ermənistana işğaldan bəri mövcud olan yüklərin tranziti məhdudiyyətlərini aradan qaldırıb. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Zənnimcə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir".

Orta Dəhliz layihəsinin reallaşdırılması çərçivəsində əldə olunanlar, həmçinin qarşıdakı planlarla bağlı dövlətimizin başçısının fikirləri də diqqət mərkəzində olub: "Bu gün Orta Dəhliz layihəsinin reallaşdırılması çərçivəsində əldə olunanlar, həmçinin qarşıdakı planlarla bağlı təqdimat da etdik. Bununla yanaşı, öz tərəfimdən əlavə etmək istəyirəm ki, hazırda biz hər şeyi planlaşdırır və həyata keçiririk, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də bütün bunlar analoji sürətlə həyata keçiriləcək və belə olan halda Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər".

Gürcü mətbuatı dövlət başçılarının iştirakı ilə "Orta Dəhlizin inkişafı" (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı barədə məlumat yayıb.

Qeyd edilib ki, Çin və Orta Asiya ölkələrini Avropa dövlətləri ilə birləşdirməkdə əsas nəqliyyat-logistika marşrutu olan Orta Dəhliz regional və qitələrarası ticarətin möhkəmlənməsində strateji rol oynayır. Vurğulanıb ki, Çindən Azərbaycana daşımaların həcmi getdikcə çoxalır və 2030-cu ilədək bunun hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Bu isə öz növbəsində layihənin əhəmiyyətini daha da artırır.

Link kopyalandı!
Son xəbərlər