"Zəngəzur dəhlizi Avropa İttifaqı üçün böyük əhəmiyyətə malikdir".
Moderator.az "Trend"ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç Bakıda keçirilən Mərkəzi Baltik - Azərbaycan biznes forumu çərçivəsində bildirib.
"Zəngəzur dəhlizi Aİ üçün mühüm əhəmiyyət daşıyır, lakin dəhlizin inkişafına dair konkret planlardan danışmazdan əvvəl bütün detallar üzərində diqqətlə işləmək vacibdir", - deyə o qeyd edib.
Kuyundziç bildirib ki, Azərbaycan və Aİ nəqliyyat məsələləri üzrə aparılmış dialoqun nəticələrini təhlil edir və yaxın vaxtlarda - ola bilsin elə bu il - müzakirələri davam etdirməyi planlaşdırır.
Səfir həmçinin Aİ-nin Azərbaycan və Ermənistanı sülh prosesində irəliləyiş münasibətilə təbrik etdiyini bildirib.
"Biz məmnunuq ki, bu proses nəhayət həyata keçir, ölkələr arasında münasibətlər normallaşır və bölgədə sabitlik və sülhün bərqərar olmasını görməkdən olduqca şadıq",- deyə diplomat əlavə edib.