Siyasət
275
20:10, Bu gün

"Euronews": "Azərbaycan Vatikanla əlaqələri gücləndirir"

"Euronews" telekanalı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana səfəri ilə bağlı reportaj hazırlayıb.

Moderator.az xəbər verir ki, məqalədə Mehriban Əliyevanın səfərinin Azərbaycan ilə Vatikan arasında ikitərəfli əlaqələrin inkişafında mühüm addım olduğu qeyd edilir.

Vurğulanır ki, Vatikan rəsmiləri Azərbaycanın dünya irsinin qorunub saxlanmasında və dinlərarası dialoqun gücləndirilməsində oynadığı rolu yüksək qiymətləndiriblər. Xüsusilə, Azərbaycan Vatikanda tarixi katakombaların bərpasını, həmçinin Bakıda yeni katolik kilsəsinin tikintisini dəstəkləyir.

Məqalədə bildirilir ki, Azərbaycanın Birinci vitse-prezidenti IV əsrə aid qədim xristian kompleksi olan Komodilla katakombalarının bərpası layihəsinin açılışında iştirak edib. Restavrasiya Heydər Əliyev Fondu tərəfindən 2021-ci il martın 4-də Papanın Müqəddəs Arxeologiya üzrə Komissiyası ilə imzalanmış müqaviləyə əsasən dəstəklənib.

"Euronews" qeyd edir ki, Mehriban Əliyeva səfəri zamanı Roma Papası XIV Leo ilə görüşüb və o, Azərbaycanla dinlərarası dialoqun vacibliyini vurğulayıb. Mehriban Əliyeva həmçinin Vatikan Dövlətinin baş katibi Raffaella Petrini ilə də görüşüb. Dostluq və ortaq mədəni irs əlaməti olaraq simvolik nar ağacı əkilib.

Bundan başqa, Birinci vitse-prezident Avropanın ən böyük uşaq tədqiqat mərkəzi olan "Bambino Gesu" Xəstəxanasında olub, burada azərbaycanlı həkimlərə genetik və nadir xəstəliklərin tədqiqi üzrə italiyalı həmkarları ilə əməkdaşlıq etmək imkanı verən yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

Link kopyalandı!
Son xəbərlər