Siyasət
242
18:07, Bu gün

"Haber Global" İlham Əliyevin Qazaxıstana rəsmi səfəri ilə bağlı videosüjet hazırlayıb - VİDEO

"Haber Global" Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana rəsmi səfəri ilə bağlı videosüjet hazırlayıb.

Moderator.az-ın xəbərinə görə, süjetdə Azərbaycan və Qazaxıstan arasındakı münasibətlərə diqqət yönəldilib.

Videoda iki ölkə liderlərinin bəyanatlarına yer verilib və ikitərəfli münasibətlərin inkişaf perspektivləri qiymətləndirilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan Prezidentinin güclü liderlik keyfiyyətlərini yüksək qiymətləndirməsi xüsusi vurğulanıb.

Həmçinin görüş zamanı liderlər arasında baş tutan 8 avqust Vaşinqton Konsensusunun müzakirəsinə də toxunulub.

"Azərbaycan lideri Zəngəzur dəhlizinin 2028-ci ilin sonuna kimi açıla biləcəyini nəzərə çatdırdı", - deyə videoda bildirilib.

Bundan əlavə, İlham Əliyev və Kasım-Jomart Tokayevin birlikdə qatıldıqları "Orta dəhlizin inkişafı" (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) adlı birgə layihənin təqdimatı da önə çıxarılan mövzulardan olub.

Daha ətraflı videosüjetdə:

 

Link kopyalandı!
Son xəbərlər