Bizi sosial şəbəkələrdən izləyin:
"Bu gün Qazaxıstan yüksək inkişaf səviyyəsi nümayiş etdirir".
Moderator.az xəbər verir ki, bu fikirləri Astanada Prezident İlham Əliyev Qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayev ilə təkbətək görüşü zamanı deyib.
Dövlət başçısı deyib: "Ölkədə ictimai-siyasi sabitlik təmin olunur, iqtisadiyyat güclənir. Biz Sizin həyata keçirdiyiniz islahatları maraqla müşahidə edirik və ölkənin modernləşdirilməsinə, onun potensialının möhkəmləndirilməsinə yönəlmiş kursunuzu tam dəstəkləyirik.
İkitərəfli münasibətlərimizə gəldikdə, Siz onların strateji, müttəfiqlik xarakterini qeyd etdiniz. Biz bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini hədəfləyirik.
Bu gün bizim danışıqlarımız çərçivəsində Ali Dövlətlərarası Şuranın iclası da nəzərdə tutulub. Biz gündəlikdəki geniş məsələləri bir daha nəzərdən keçirəcək və təbii ki, tərəfdaşlığımızın möhkəmləndirilməsi üçün yeni addımları müəyyən edəcəyik".