Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - FOTO
Siyasət
461
16:35, Bu gün

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfərinə gedib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də Qazaxıstan Respublikasına dövlət səfərinə gedib.

Moderator.az xəbər verir ki, Astana şəhərinin Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlətimizin başçısını Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Link kopyalandı!
Son xəbərlər