23:03
17°C
Bakı
Ermənistanın Baş naziri Nikol Paşinyan Roma Papası XIV Leo ilə İrəvan və Bakı arasında sülhün bərqərar olmasını müzakirə edib.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Roma Papası bu istiqamətdə əldə edilmiş irəliləyişi alqışlayıb və regionda sülhün bərqərar olmasının yeni əməkdaşlıq və sabitlik mərhələsinin başlanğıcı olacağına ümidvar olduğunu deyib.
Paşinyan, öz növbəsində, hökumətin sülh gündəliyinə sadiqliyini təsdiqləyib və bunun Ermənistanın və regionun davamlı inkişafına müsbət təsir göstərəcəyini söyləyib.