Rumıniya XİN-dən Azərbaycanla bağlı açıqlama
Siyasət
1296
18 Oct 2025 | 14:59

Rumıniya XİN-dən Azərbaycanla bağlı açıqlama

Rumıniya Azərbaycanla strateji tərəfdaşlığın möhkəmləndirilməsinə sadiqliyini təsdiqləyir və qarşılıqlı maraq doğuran bütün sahələrdə birgə layihələrin reallaşdırılmasını sürətləndirməyi planlaşdırır.

Moderator.az xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi X sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirik! Rumıniya Azərbaycanla strateji tərəfdaşlığın möhkəmləndirilməsinə sadiqliyini təsdiqləyir və qarşılıqlı maraq doğuran bütün sahələrdə birgə layihələrin reallaşdırılmasını sürətləndirməyi planlaşdırır. Rumıniya və Azərbaycan Avropa və Cənubi Qafqazı bir-birinə yaxınlaşdırmağı hədəfləyən vacib əlaqə təşəbbüslərində əsas tərəfdaşlardır", - paylaşımda qeyd olunub.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər