Prezident İlham Əliyev:
Siyasət
236
10:27, Bu gün

Prezident İlham Əliyev: "Azərbaycan və Qazaxıstan arasında siyasi münasibətlər yüksək dərəcədə möhkəmliyə malikdir"

"Bu gün Azərbaycan və Qazaxıstan arasında siyasi münasibətlər yüksək dərəcədə möhkəmliyə və qarşılıqlı etimada malikdir".

Moderator.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev "Kazinform" agentliyinə müsahibəsində bildirib.

"Ötən onilliklər ərzində biz tarixi qardaşlıq, dostluq və qarşılıqlı dəstək bağlarına, ortaq türk kimliyinin, xalqlarımız arasında oxşar mədəni ənənələrin və mənəvi dəyərlərin möhkəm təməlinə əsaslanaraq, həqiqətən strateji və müttəfiq tərəfdaşlıq münasibətləri qurmuşuq.

Şübhəsiz ki, ikitərəfli qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə mühüm töhfə verən amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur", - Prezident qeyd edib.

Link kopyalandı!
Son xəbərlər