Estoniya XİN başçısının Azərbaycana səfər edəcəyi tarix məlum olub
2170
17 Oct 2025 | 19:25

Estoniya XİN başçısının Azərbaycana səfər edəcəyi tarix məlum olub

Estoniyanın xarici işlər naziri Marqus Tsaxknanın Azərbaycana səfər edəcəyi tarix məlum olub.

Moderator.az xəbər verir ki, M.Tsaxkna Azərbaycana oktyabrın 22-də səfər edəcək.

B.Sarapun bildirib ki, M.Tsaxkna Estoniya işgüzar heyətinin müşayiəti ilə ikitərəfli münasibətlərin, xüsusən də iqtisadi əməkdaşlıq sahəsində əlaqələrin möhkəmləndirilməsi və hər iki ölkənin liderlərinin Vaşinqtonda imzaladığı birgə bəyannamədən sonra Ermənistan-Azərbaycan sülh prosesində əldə olunan irəliləyişə dəstəyi ifadə etmək məqsədilə Azərbaycana gələcək.(Report)

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər