Qənimət Zahidi İrana kim göndərmişdi?
Siyasət
623
12:26, Bu gün

Qənimət Zahidi İrana kim göndərmişdi?

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının Baş katibi, politoloq Niyaməddin Orduxanlı özünün facebook sosial şəbəkə səhifəsində sensasiya doğuracaq status paylaşıb.
 
Moderator.az həmin statusu olduğu kimi təqdim edir:
 
“Qüdrət bəyin dünən teleqraf.az informasiya agentliyinə verdiyi müsahibədən sonra bəzi adamlar ciddi həyəcanlanıb, çünki xain xoflu olar. Əslində həmin müsahibəsində Qüdrət bəy heç kimi Ramiz Mehdiyevlə cinayət əlaqəsində ittiham etməyib. Araşdırma aparıb həqiqəti üzə çıxarmaq istintaq orqanının işidir. Qüdrət bəy 2013-cü il prezident seçkiləri öncəsi Rüstəm İbrahimbəyovun Moskvadan Bakıya göndərilməsindən, onun Ziyalılar İttifaqı və Milli Şuranın yaradılmasındakı iştirakından, Milli Şuranın Putinə yazdığı məktubdan danışıb. Əli Kərimli isə vaxtilə iqtidarla ciddi əlaqələrinin olmasını gizlədə bilməz. Elçibəy Əli Kərimliyə məlumat vermədən Bakını tərk edəndən sonra, Əli Kərimli Milli Məclisə gedib mərhum prezident Heydər Əliyevdən Avropa ölkələrindən birinə səfir göndərilməsini xahiş etmişdi. Lakin, Heydər Əliyev bunun üçün Surət Hüseynovla danışmalı olduğunu bildirmişdi. Surət Hüseynov isə həmin ərəfədə Əli Kərimlini hədələdiyi üçün, Kərimli bunun baş tutmayacağına əmin olub Qüdrət Həsənquliyevlə Naxçıvana, oradan isə Türkiyəyə getmişdi. Yalnız xarici ölkələrin vasitəçiliyi ilə iqtidarla anlaşdıqdan sonra Bakıya dönmüşdü. Bu gün də iqtidarda kimlərləsə əlaqələrinin olması istisna deyil. Dünən müsahibə verdiyi Qənimət Zahid Namiq Abbasovun, Eldar Həsənovun otağından çıxmırdı. Əli Kərimli ictimaiyyətə açıqlama versin ki, daima İran əleyhinə yazan Qənimət Zahidi Qüdrət Həsənquliyevin ciddi etirazlarına baxmayaraq niyə İrana, ardınca Rusiyaya göndərdi? Rusiyanın agentlərini, nüfuz dəllallarını da bu gün Rusiya əleyhinə dayanmadan çıxış edənlərin arasında axtarmaq lazımdır, açıq şəkildə “qonşu dövlətlərlə yaxşı münasibətlər saxlayıb yaxından əməkdaşlıq etməliyik”,-deyənlər sırasında yox. İşdən çıxarılmış Eldar Həsənov, hansı ki, AXC üzvlərinin qanunsuz həbsinə görə cəmiyyət tərəfindən qınanırdı, indi həbsdədir, Allah bağışlasın, necə oldu ki, Azadlıq qəzetinə verdiyi geniş müsahibədə, ona verilən suallarla tanış olmaq lazımdır, xalq qəhrəmanı kimi cəmiyyətə təqdim olundu və bundan dərhal sonra iqtidar tərəfindən səfir göndərildi. Əli Kərimlinin həmin dövrdə digər vəzifəli şəxslərlə də ciddi əlaqələri var idi. AXCP-də çoxları bunu bilirdi. Əli Kərimlinin Ramiz Mehdiyevin avantürasında iştirakı sübut olunarsa və o həbs edilərsə, biz, siyasi baxımdan bunun ölkə üçün xeyirli olmayacağını düşünürük. Yəqin ki, iqtidar da bunun fərqindədir və çətin qərar qəbul etmək zorunda qalacaq, hüquq, yoxsa siyasi məqsədəuyğunluq. Mətbuatda gedən yazılara inansaq dövlət çevrilişi barədə məlumatı iqtidara Rusiya sızdırıb. Onda belə bir sual ortaya çıxır ki, Rusiya öz adamlarını niyə həbs etdirsin ki? Bu, Azərbaycanda hakimiyyətlə bağlı Rusiyanın hazırladığı strateji planın tərkib hissiəsi ola bilər. Belə ki, Rusiya hazırda öz adamının Azərbaycanda hakimiyyətə gətirilməsinin mümükünsüzlüyünü görür və hesab edir ki, özünü qərbyönümlü siyasətçi kimi təqdim etmək istəyən Əli Kərimlini ifşa etməklə həbsə atdırır, amma beynəlxalq birlik buna inanmır və bir müddət sonra, məhz Qərbin sanksiya təzyiqləri ilə o, əzabkeş qərbyönümlü siyasətçi kimi azad edilir. Belarusda olduğu kimi. Bundan sonra Əli Kərimli hansısa hakimiyyət böhranı üçün ehtiyatda saxlanılır. Əli Kərimli də İvanişvili kimi Qərbə inteqrasiyadan danışıb, reallıqda başqa işlər görür. Məhz Rusiya ilə münasibətlərin gərgin olduğu vaxtda onun Qərbdə tanıdılması istiqamətində kampaniya başladılmasında rusiyayönümlü Qərb siyasətçilərinin fəal olduğu hamıya bəllidir. Qüdrət bəy bir dəfə mətbuata bizim AŞPA-da təmsil olunan deputatlardan birinə istinad edərək demişdi ki, orda bizə qarşı olan deputatların çoxu Rusiya ilə münasibətləri yaxşı olan şəxslərdir. Onlar bizim Qərblə münasibətləri pozub, bizi Rusiyaya sığınmağa məcbur etmək istəyirlər. Yəqin ki, Rusiya gələcəkdə Ermənistan baş nazirinin də ya Ermənistanda, ya da Azərbaycanda həbs olunmuş separatçı canilər sırasından seçilməsinə çalışacaq”.
 
Link kopyalandı!
Son xəbərlər