Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad edilməsindən 5 il ötür
Siyasət
179
00:02, Bu gün

Bu gün Füzuli Şəhəri Günüdür, şəhərin işğaldan azad edilməsindən 5 il ötür

Bu gün Füzuli şəhərinin işğaldan azad edilməsindən 5 il ötür.

Moderator.az xatırladır ki, 2020-ci il oktyabrın 17-də Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda yeni tarix yazır - bir neçə ərazimiz işğaldan azad edilir.

Prezident İlham Əliyev özünün "X" səhifəsində Azərbaycan Ordusunun Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhərinin işğaldan tam azad edildiyini açıqlayır.

Dövlət başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən 17 oktyabr - Füzuli Şəhəri Günü kimi qeyd edilir.

Füzuli şəhərinin işğaldan azad edilməsindən 5 il ötür

Link kopyalandı!
Son xəbərlər