Siyasət
231
16:05, Bu gün

"Haber Global" Xankəndidə keçirilən forumla bağlı reportaj yaydı - VİDEO

Türkiyənin "Haber Global" telekanalında III Azərbaycan Milli Şəhərsalma Forumu ilə bağlı reportaj yayımlanıb.

Moderator.az xəbər verir ki, süjetdə II Qarabağ savaşından sonra Azərbaycanda həyata keçirilən uğurlu bərpa-quruculuq işlərindən danışılıb.

Bildirilib ki, Ermənistan işğalından azad olunan ərazilərdə sürətlə təmir-tikinti işləri aparılır.

Kanalın əməkdaşının sözlərinə görə, forumun keçirildiyi Xankəndi şəhərində işğaldan azad edildiyi iki ildə böyük dəyişikliklər nəzərə çarpır.

"Haber Global"da 64 ölkənin nümayəndələrinin qatıldığı forumun əhəmiyyətindən ətraflı bəhs edilib.

Telekanalın hazırladığı reportajı təqdim edirik:

 

Link kopyalandı!
Son xəbərlər