Niderland Azərbaycanla əlaqələri möhkəmləndirmək istəyir
Siyasət
750
16 Oct 2025 | 16:00

Niderland Azərbaycanla əlaqələri möhkəmləndirmək istəyir

Niderland bir çox sahələrdə Azərbaycanla əlaqələri möhkəmləndirmək istəyir.

Moderator.az xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfirliyinin “X” hesabında bildirilib.

“Niderland Azərbaycanla əməkdaşlığı təkcə kənd təsərrüfatı, su menecmenti, logistika, dənizçilik, yaşıl enerji, innovasiya və mədəni sahələrdə yox, həm də qarşılıqlı maraq doğuran digər sahələrdə inkişaf etdirməyə can atır”, - qeyd olunub.

Qeyd edək ki, Niderland səfiri Marian de Yonq bu gün etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Link kopyalandı!
Son xəbərlər