Siyasət
275
10:17, Bu gün

"Euronews": "Qəbələdəki zirvə görüşü Azərbaycanın artan qlobal nüfuzunu təsdiqləyir"

Nüfuzlu "Euronews" telekanalı Qəbələdə baş tutan Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşü ilə bağlı reportaj hazırlayıb.
 
Moderator.az xəbər verir ki, telekanalda "Regional birlikdən qlobal təsirə doğru: Azərbaycan türk xalqlarının rolunu müəyyənləşdirir" adlı süjet hazırlanıb.
 
"Türk dövlətlərinin liderləri Azərbaycanın Qəbələ şəhərində bir araya gəliblər. Bu Azərbaycanın artan qlobal nüfuzunu təsdiqləyir. Ölkə iqtisadi, mədəni və müdafiə sahələrində daha güclü əməkdaşlığa sadiq olduğunu göstərir.
 
Dəyişən geosiyasi dinamika və artan iqtisadi potensial fonunda türk dövlətləri qlobal səhnədə yeni mövqe qazanırlar.
 
Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və müşahidəçi dövlətlər - Türkmənistan və Macarıstan liderləri ticarət və nəqliyyatdan tutmuş su idarəetməsi və kosmik texnologiyaya qədər 40-dan çox sektor üzrə əməkdaşlığı genişləndirmək üçün müzakirələr apardılar" - telekanalın yaydığı süjetdə bildirilib.
Link kopyalandı!
Son xəbərlər