Belçika Kraliçası Matilda və Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən görüşdə Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması və regionda sabitliyin təmin edilməsi səylərini müzakirə ediblər.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Tərəflər həmçinin qadınların cəmiyyətdə rolunun genişləndirilməsi və bu istiqamətdə atılan addımları müzakirə ediblər.
Qeyd edək ki, Belçika Kraliçası dünən Ermənistana işgüzar səfərə gəlib.
Paşinyan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Əlahəzrətin liderliyini vurğulayıb və əlavə edib ki, Ermənistan 2030-cu ilə qədər bu sahədə üzərinə götürdüyü öhdəlikləri daha yaxşı yerinə yetirmək üçün ardıcıl addımlar atır. Tərəflər, həmçinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında inklüziv və keyfiyyətli təhsilin rolunu vurğulayıblar.
Ermənistanın Baş naziri və Belçika Kraliçası qadınların cəmiyyətdə rolunun genişləndirilməsi və bu istiqamətdə atılan addımlarla bağlı məsələləri də müzakirə ediblər.
Qeyd edək ki, Kraliça Matilda dünən Ermənistana işgüzar səfərə gəlib.