"Bu gün dünyada çoxsaylı hərbi münaqişələr və qarşıdurmalar mövcuddur. Bu isə özü ilə siyasi xaos və ciddi qarışıqlıq gətirə bilər ki, biz türk dünyası olaraq buna hazır olmalıylq".
Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin birliyi bu kimi arzuedilməz ssenarilərə qarşı ən effektiv mübarizə vasitəsi ola bilər:
"Dünya təcrübəsi sübut edir ki, bir çox hallarda bu kimi hərbi qarşıdurma və gərginliklər siyasi xaosa, hərc-mərcliyə, yeni münasibətlər sisteminin formalaşmasına gətirib çıxarır. TDT-ə üzv dövlətlər arasında hərbi əməkdaşlığın güclənməsi, hərtərəfli əməkdaşlığın inkişafı türk dünyasına qlobal siyasi xaos dönəminin fəsadlarından qorunmağa imkan verə bilər. Buna görə də bütün türk dövlətləri birgə əməkdaşlıqda maraqlı olmalı, Azərbaycanın hərbi əməkdaşlıq səylərini birmənalı şəkildə dəstəkləməlidir".
Seymur Əliyev