Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilib - YENİLƏNİB
Siyasət
417
16:15, Bu gün

Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilib - YENİLƏNİB

MSK-da Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb.

Moderator.az-ın məlumatına görə, iclasda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi seçilməsi ilə əlaqədar R.Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi haqqında qərar qəbul edilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) bugünkü iclasında Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilməsinə baxılacaq.

Moderator.az xəbər verir ki, sözügedən məsələ MSK-nın bugünkü iclasının gündəliyinə daxil edilib.

Xatırladaq ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında TÜRKPA Baş katibi seçilib.

O, oktyabrın 15-dən etibarən, vəzifəsinin icrasına başlayıb.

Link kopyalandı!
Son xəbərlər