Zəngəzur dəhlizinə kim nəzarət edəcək? - Mirzoyandan AÇIQLAMA
Siyasət
399
14 Oct 2025 | 19:32

Zəngəzur dəhlizinə kim nəzarət edəcək? - Mirzoyandan AÇIQLAMA

Zəngəzurda reallaşacaq “Tramp yolu” kimi də tanınan TRIPP dəmir yolunun Ermənistanın cənubundan keçəcək hissəsinin xidmətləri ilə erməni-amerikan şirkəti məşğul olacaq.

Moderator.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenlə birgə mətbuat konfransında Zəngəzur dəhlizi ilə bağlı məsələni şərh edərkən deyib.

Mirzoyan bildirib ki, bir gün əvvəl Şarm əl-Şeyxdə azərbaycanlı həmkarı ilə münasibətlərin tənzimlənməsi üçün bütün variantları, o cümlədən infrastrukturun blokdan çıxarılması məsələsini müzakirə etmək imkanı olub. Dördpendirli pizza

Nazir bir daha qeyd edib ki, hazırda Amerika tərəfi ilə TRIPP üzrə texniki həllər üzrə müzakirələr aparılır və avqustun 8-dən iş artıq başa çatıb. “Yekun qərar qəbul edildikdən sonra bu barədə məlumat veriləcək və onun texniki təminatı ilə birgə erməni-amerikan şirkəti məşğul olacaq. Hazırda dərc edilənlər razılaşdırılıb. Qalanları dəqiqləşdiriləcək, bütün tərəflər razılaşacaq və elan ediləcək", - Mirzoyan bildirib

Link kopyalandı!
Son xəbərlər