Sahibə Qafarova və Numan Kurtulmuş Məhəmməd İqbalın məqbərəsini və Badşahi məscidini ziyarət ediblər
Siyasət
293
16:45, Bu gün

Sahibə Qafarova və Numan Kurtulmuş Məhəmməd İqbalın məqbərəsini və Badşahi məscidini ziyarət ediblər

Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Pakistanın mənəvi qurucusu, ictimai-siyasi xadimi, filosofu və şairi Əllamə Məhəmməd İqbalın məqbərəsini ziyarət ediblər.

Moderator.az xəbər verir ki, Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşündə iştirak etmək məqsədi ilə Pakistanda səfərdə olan spikerlər məqbərənin önünə əklil qoyan spikerlər xatirə kitabını imzalayıblar.

Daha sonra Badşahi məscidinə baş çəkən qonaqlar, burada Pakistanın tarixi keçmişinin və dini irsinin əzəmətini seyr ediblər.

Səfərin davamında nümayəndə heyətləri Pəncab Əyalət Məclisinə gələrək məclisin inzibati binası və burada yaradılan şəraitlə tanış olublar.

Link kopyalandı!
Son xəbərlər