Britaniya Azərbaycana silah embarqosunu tamamilə LƏĞV ETDİ
Siyasət
498
12:49, Bu gün

Britaniya Azərbaycana silah embarqosunu tamamilə LƏĞV ETDİ

Böyük Britaniya Azərbaycan və Ermənistana qarşı silah embarqosunu tamamilə ləğv edir.
 
Moderator.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dautin Böyük Britaniya parlamentinin saytında dərc olunmuş yazılı açıqlamasında bildirib.
 
Bəyanatda qeyd edilir ki, London Ermənistan və Azərbaycan arasında sülh prosesində irəliləyişi alqışlayır.
 
Nazirin sözlərinə görə, bu, “sülh və sabitliyə doğru mühüm addımdır”.
 
Dautin xatırladıb ki, avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli sammit keçirilib. Zirvə görüşündən sonra sülh müqaviləsi paraflanıb və bəyannamə imzalanıb.
 
Sənədə əsasən, Böyük Britaniya Azərbaycan və Ermənistanla münasibətlərini ticarət, təhlükəsizlik və müdafiə sahələrində strateji tərəfdaşlığa yüksəltmək qərarına gəlib.
 
“Biz Minsk qrupunun buraxılmasının tərəfdarıyıq. Əldə edilmiş irəliləyiş nəzərə alınmaqla, biz hesab edirik ki, 1992-ci ildə ATƏT-in silah embarqosu artıq aktual deyil. Böyük Britaniya Ermənistan və Azərbaycana silah embarqosunu tamamilə ləğv edir. Bu, təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafına kömək edəcək və hibrid təhdidlərə cavab olaraq bu ölkələrin suverenliyini və ərazi bütövlüyünü qoruyacaq. İxrac lisenziyaları ciddi meyarlar əsasında ayrı-ayrılıqda nəzərdən keçiriləcək”.
 
Link kopyalandı!
Son xəbərlər