03:35
18°C
Bakı
ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen oktyabrın 13-dən 15-dək Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək.
Moderator.az xəbər verir ki, bu barədə qurumdan məlumat yayılıb.
Məlumata görə, səfər çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri üç ölkənin yüksəksəviyyəli hökumət nümayəndələri ilə görüşlər keçirəcək.
Gündəliyə digər məsələlərlə yanaşı, Ermənistan və Azərbaycan arasında sülh prosesinin gedişi də daxil ediləcək.
Bu, Valtonenin yeni vəzifəsində regiona ilk səfəri olacaq.