TRT Azərbaycanın Xalq şairi Əhməd Cavadın xatirəsini yad edib
Siyasət
211
19:40, Bu gün

TRT Azərbaycanın Xalq şairi Əhməd Cavadın xatirəsini yad edib

"Azərbaycan Dövlət Himninin və "Çırpınırdı Qara dəniz" şeirinin müəllifi, Qurtuluş Döyüşünün igid qəhrəmanı Əhməd Cavadın edamından 88 il keçir".

Moderator.az xəbər verir ki, bu sözlər Türkiyənin "TRT News" portalının Azərbaycanın xalq şairinin vəfatının ildönümü ilə bağlı hazırladığı materialda yer alır.

Məqalə Əhməd Cavadın həyat yolunun müxtəlif mərhələlərinə işıq salır. Onun Osmanlı ordusuna yardımı, Azərbaycanın azadlığı uğrunda Qafqaz İslam Ordusu tərkibində vuruşması diqqətə çatdırılır. Müəlliflər Xalq şairinin yaradıcılığına da müraciət edir, onun təkrarolunmaz şeirlərindən müəyyən hissələri oxuculara xatırladırlar.

"Türk dünyasının unudulmaz şairi bu gün də əvəzsiz əsərləri ilə insanların qəlbində yaşayır", - deyə materialda bildirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər